Astara Tarix-Diyarşünaslıq Muzeyində respublikamızın tanınmış ziyalıları, sənət adamları ilə müntəzəm görüşlər, maraqlı tədbirlər keçirilir. Bu günlərdə muzeydə Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin əsərlərindən ibarət sərginin və “Rəsmləri ürəyi ilə çəkən sənətkar” adlı tematik tədbirin təşkili də bu qəbildən idi.
   
   Tədbir iştirakçıları sərgi ilə tanış olmuş, rəssamın yaradıcılığı ilə bağlı məruzə və çıxışları dinləmişlər. Qeyd olunub ki, rəssamın son iyirmi il ərzində dini mövzularda çəkdiyi əsərlər, həmçinin müqəddəs “Qurani-Kərim”in ayrı-ayrı surələrinə aid 50-dən çox rəsmi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
   Tədbirdə Astara şəhər məscidinin axundu Hacı İlqar Həsənov, iş adamı Kərbəlayi Nizami Məmmədov, Əməkdar müəllim Heybət Hüseynov, muzeyşünas-etnoqraf Əfqan Şəfiyev və başqaları çıxış edərək rəssamın dini-əxlaqi dəyərlərimizin təbliğinə xidmət edən yaradıcılığından söz açıblar.
   Firudin Quliyev əyalətdə fəaliyyət göstərən sənətkar olsa da, onun əsərləri respublikamızda və onun hüdudlarından kənarda müxtəlif sərgilərdə nüamyiş olunub. Keçən il Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq sərgidə rəssamın iki əsəri mükafata layiq görülüb. 2011-ci ildə və bu il Rusiya Federasiyasının Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VI və VII beynəlxalq simpoziumlarında Azərbaycanı təmsil edən F.Quliyevin yeddi rəsm əsəri yerli rəsm qalereyasının kolleksiyaları sırasına daxil edilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar