Prezident İlham Əliyev Bakıda “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransında iştirak edən yüksək vəzifəli qonaqları qəbul edib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransında iştirak etmək məqsədilə Bakıya gəlib.
   
    İkitərəfli münasibətlərimizin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev “İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransının önəmini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
   Seyid Həsən Musəvi Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnun olduğunu deyib. Seyid Həsən Musəvi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlət başçısına çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.
   Görüşdə xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   Dövlət başçısı Prezident Mahmud Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
   * * *
   “Azərbaycanla İran arasında münasibətlər hər zaman yaxşı olub. Münasibətlər bundan sonra da inkişaf edəcək. Bunu hər kəs görəcək”. Bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi jurnalistlərə açıqlamasında deyib. Vitse-prezident bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşı olduğunu demək üçün kifayət qədər əsaslar var. O, Prezident İlham Əliyevlə görüşdə gələcək əlaqələrin geniş şəkildə müzakirə olunduğunu deyib.
   * * *
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. Dövlət başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Dünya Turizm Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
   Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən qonaq hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğulayıb. Taleb Rifai dünyanın müxtəlif ölkə rəhbərlərinin fikirlərindən ibarət “Qızıl Kitab”ı dövlətimizin başçısına təqdim edib. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən götürülmüş sitatlar da dərc olunub.
   Nəşrdə Azərbaycanın Dünya Turizm Təşkilatının “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar