Astara Rayon Mədəniyyət Evində “Ayrı-seçkiliyin yolverilməzliyi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə” mövzusunda tədbir keçirilib.    
   1 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar “Sülh aylığı” çərçivəsində keçirilən tədbirdə rayonun ziyalıları, mədəniyyət işçiləri, din xadimləri iştirak ediblər.
   Toplantıda çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Əfqan Şəfiyev Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları barədə iştirakçılara ətraflı məlumat verib.
   Tədbirdə çıxış edənlər Milli Fəaliyyət Proqramında əksini tapmış ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük düşüncəsinin, əhalinin hüquqi biliklərinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, bu cür maarifləndirmə tədbirlərinin səmərəli nəticələr verəcəyinə əminliklərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar