Başqırdıstanın Ufa şəhərində türkdilli ölkələrin teatrlarının "Tuqanlıq" festivalı keçirilib
   
   Türk xalqlarının zəngin mədəni irsinin dünyada təbliğinə, mədəniyyətlərin qovuşmasına töhfələr verən TÜRKSOY təşkilatının növbəti toplantısı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində gerçəkləşdi. Türkdilli ölkələrin təmsilçiləri TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclası və Ufada keçirilən "Tuqanlıq" beynəlxalq teatr festivalında bir araya gəldilər.  

  * * *
   
   Şimali Kiprdə maestro Niyazinin 100 illiyi geniş konsert proqramı ilə qeyd olunub
  
 
   Bu günlərdə TÜRKSOY adına daha bir yaddaqalan mədəniyyət tədbiri Şimali Kiprdə keçirilib. Təşkilatın gənclər kamera orkestri Girne şəhərindəki tarixi Bellpais monastrında və Lefkoşadakı “Böyük karvansarayda” görkəmli Azərbaycan musiqiçisi, maestro Niyazinin 100 illik yubileyi münasibətilə konsert verib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Başqırdıstanın gənc musiqiçilərinin daxil olduqları orkestrə tanınmış musiqiçilər - Türkiyə Prezidenti Aparatı Simfonik Orkestrinin rəhbəri Erol Erdinç və maestro Anvar Akbarov dirijorluq edib.
   Konsertlərdə Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov (skripka), Elvin Nəcəfov (alt) və Nazim Musayev (skripka) çıxış ediblər.
   Şimali Kipr sakinləri və turizm məkanlarının qonaqları orkestrin ifasında maestro Niyazi və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər. Şimali Kiprin mədəniyyət və turizm naziri Ünal Üstel orkestrin üzvlərinə təşəkkürünü bildirərək onlara xatirə hədiyyələri təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar