Sentyabrın 18-də Üzeyir Musiqi Günü dahi bəstəkarın ev-muzeyində də qeyd edilib. Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin fərmanına əsasən 1995-ci ildən başlayaraq hər il Üzeyir Musiqi Gününün geniş şəkildə qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, 2009-cu ildən ölkəmizdə hər ilin sentyabrında Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalının keçirilməsi böyük əks-səda doğurub.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə dahi sənətkarın yaşadığı bu məbədgaha gələndə hər dəfə böyük həyəcan və məsuliyyət hissi keçirdiyini, öz-özünə hesabat verdiyini vurğulayıb: “Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalını həyəcanla gözləyirəm”.
   Xalq artisti Canəli Əkbərov, qocaman jurnalist Firuz Həşimov və başqaları Üzeyir Hacıbəylinin və Azərbaycan musiqisinin təbliğində, dünyanın görkəmli musiqiçiləri ilə tanışlıqda belə tədbirlərin əhəmiyyətindən danışıb. Fəlsəfə elmləri namizədi Əminə Tuncay Üzeyir Hacıbəyliyə həsr etdiyi şeirini oxuyub.
   Bəstəkarın qohumu Telman Ağdamski ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sonda bədii hissə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar