BMT-nin Cenevrə şəhərindəki baş qərargahında - “Millətlər” sarayında “Açıq gün” adlı tədbir keçirilib. Tədbirin məqsədi BMT-nin Cenevrə bölməsi və üzv dövlətlərin fəaliyyəti haqqında İsveçrə ictimaiyyətini məlumatlandırmaqdır.
   Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tədbirdə ölkəmizi təmsil edib. Burada Azərbaycanın mədəniyyətini, incəsənətini və mətbəxini əks etdirən sərgi təşkil edilib. Ziyarətçilərə ölkəmizin turizm potensialına, mədəniyyətinə və incəsənətinə dair kitab və jurnallar paylanıb.
   Azərbaycanın stendi BMT-nin Cenevrə bölməsinin baş direktoru Kasımcomərd Tokayev tərəfindən ziyarət olunub və ona “Azərbaycan xalçaları. İrəvan qrupu” adlı kitab hədiyyə edilib.
   Qeyd edək ki, BMT-nin Cenevrə şəhərindəki bölməsində “Açıq gün” tədbiri iki ildən bir keçirilir. İlk belə tədbir 2010-cu ildə təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar