Xəlil Rza Ulutürk - 80 
   
      
   Oktyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Park İnn” hotelində XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 80 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
   

   \"Milli müstəqilliyimizin mübariz şairi\" adlı tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov açaraq Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına nəzər saldı. Bildirdi ki, Azərbaycan poeziyasında böyük iz qoyan şairin yaradıcılığının hər bir anı, hər bir məqamı dəyərlidir. Onun şəxsiyyəti hər bir Azərbaycan övladı üçün örnəkdir. Çünki o, xalqının azadlığı üçün yaşayıb, mübarizə aparıb.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov şairin bütün istedadını millətə bəxş etdiyini vurğuladı. Bildirdi ki, Xəlil Rza Ulutürk səhhətini, sağlamlığını öz müqəddəs amalı - Vətəninin azadlığı yolunda qurban vermiş bir insandır: “Onun bütün yaradıcılığı çap olunsa, böyük bir külliyyat olar. O, ana dili uğrunda mübarizədən də heç zaman usanmadı. Şeirləri dilinin sadəliyi, səlisliyi ilə seçilir. O, hər yerdə mərd-mərdanə sözünü deyib. Vətəninin, millətinin azadlığı üçün insanları mübarizəyə səsləyib. Xəlil Rza intellektini, varlığını, övladını xalqına qurban verən şairdir. Onun tək düşməni, xalqının azadlığını əlindən alan rejim idi”.
   Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Qurban Bayramov “Xəlil Rza poeziyasında milli azadlıq hərəkatının bədii təcəssümü”, həmin institutun baş elmi işçisi Əlizadə Əsgərli “Xəlil Rza Ulutürk milli və bəşəri sənətkar kimi” mövzularında məruzə ilə çıxış etdilər. Vurğulandı ki, ölkə başçısının müvafiq sərəncamına əsasən Xalq şairinin 80 illik yubileyinin qeyd olunması onun ədəbi irsinə diqqət və hörməti ifadə edir. Şairin vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir. O, dünya ədəbiyyatı xəzinəsinin bir çox incilərini dilimizə çevirib. Ana dilini qorumağı isə milləti qorumağa bərabər tutub.
   Ədəbiyyat İnstitutunun fəxri filologiya doktoru, Xəlil Rzanın həyat yoldaşı Firəngiz Ulutürkün “Xatirələrdə yaşayan Xəlil Rza” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. O, şairlə bağlı xatirələrini bölüşdü, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar