Oktyabrın 18-də Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgi-yarmarkası keçirildi.
   
   Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 21-ci ildönümünə həsr olunmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, mədəniyyət, ədəbiyyat xadimləri, paytaxt sakinləri iştirak edirdilər.
   Sərgi-yarmarkaya Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi, kitab mağazası qatılmışdı. “Yeni nəşrlər”, “Yazıçı”, “Nurlan”, “Mütərcim”, “Nurlar”, “Nərgiz”, “Şirvannəşr”, “Vektor”, “Qanun”, “Şərq-Qərb”, “Azərnəşr”, “Xəzər”, “Adiloğlu” və digər nəşriyyatların yeni kitabları maraqla qarşılandı.
   Sərgi-yarmarkada şair və yazıçıların oxucularla görüşüb öz imzaları ilə kitablarını təqdim etmələri üçün guşə də yaradılmışdı. Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı-publisist Aqil Abbas, yazıçı-dramaturq, professor Kamal Abdulla, Varis, Elxan Elatlı, Zəka Vilayətoğlu, Akif Axundov və başqa yazarlar oxucularla görüşdülər.
   Səhər saat 10.00-dan başlayan sərgi-yarmarka axşam saat 18.00-dək davam etdi. Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd əhalinin kitaba marağını artırmaq, müstəqillik dövründə nəşriyyatların çap etdirdiyi çoxsaylı kitabları nümayiş etdirmək idi. Tədbirdə həmçinin uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərinin də sərgi-yarmarkası təşkil edilib. Tədbir çərçivəsində iştirakçılara kitab hədiyyələri də verilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar