Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
   
   Görüşdə Avropa Şurasının Siyasi məsləhət üzrə direktoru Aleksandr Qessel, Proqramlar üzrə baş direktorun ofisinin təmsilçisi Verena Teylor, Baş katibin müşaviri Adrian Evtuhovitsi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və Xarici İşlər Nazirliyinin əməkdaşı Pərviz Rüstəmov iştirak ediblər.
   Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlıq, ölkəmizin qurumun mədəniyyət layihələrində fəal iştirakı, mədəniyyətlərarası dialoq üzrə Azərbaycanın təşəbbüsləri və digər məsələlər ətrafında müzakirələr aparılıb, mədəniyyət siyasətinin təkmilləşdirilməsində Avropa təcrübəsinin tətbiqi və Avropa Şurasının \"Mədəniyyətlərarası şəhərlər\" layihəsinin Azərbaycanda həyata keçirilməsi barədə ümumi razılıq ifadə olunub.
   2008-ci ilin 2-3 dekabrında Bakıda \"Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır\" mövzusunda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransının yüksək səviyyədə təşkili, tədbirdə ölkəmizin təşəbbüsü ilə ilk dəfə olaraq \"Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi\"nin qəbul edilməsi diqqətə çatdırılıb.
   Bildirilib ki, həmin konfransda sivilizasiyalararası dialoqun inkişafını nəzərdə tutan \"Bakı prosesi\"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən \"Sənətçilər dialoq naminə\" layihəsinin əsası qoyulub.
   7-9 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESCO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən tədbirin əsas məqsədinin mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq olduğu vurğulanıb.
   Nazir Əbülfəs Qarayev xanım Battaini-Draqoninin Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə koordinatoru olduğu müddətdə ölkəmizlə qurum arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, bu sahədə əldə olunmuş nailiyyətlərə görə qarşı tərəfə öz minnətdarlığını bildirib, belə əhəmiyyətli nəticələrin bundan sonra da davamlı olacağına ümidini ifadə edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar