Xəbər verdiyimiz kimi, noyabrın 5-dən 8-dək Böyük Britaniyanın paytaxtı Londonda “World Travel Market - 2012\\\" beynəlxalq turizm sərgisi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Nazir beynəlxalq sərgi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.
   
   Noyabrın 6-da Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının Nazirlər Sammitində iştirak edib. Mədəniyyət və turizm naziri tədbirdə \\\"Açıq sərhədlər və açıq səmalar\\\" adlı sessiyada çıxış edib, turizm sahəsində Azərbaycanda görülmüş işlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı və Dünya Turizm Təşkilatı ilə əməkdaşlıqda əldə olunan nailiyyətlər haqqında iştirakçılara geniş məlumat verib.
   
   Böyük Britaniyanın mədəniyyət və kommunikasiya naziri ilə görüş
   
   Noyabrın 7-də Əbülfəs Qarayev beynəlxalq sərgi çərçivəsində Böyük Britaniyanın mədəniyyət və kommunikasiya naziri Ed Veyzi ilə görüşüb. Ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi görüş zamanı Ed Veyzi Azərbaycanda beynəlxalq rabitə və kommunikasiya sərgisində olduğu zaman iqtisadiyyat və mədəniyyət sahəsində görülən işlərə və yeniliklərə valeh olduğunu deyib.
   Əbülfəs Qarayev ölkəmizə verdiyi yüksək qiymətə görə Ed Veyziyə minnətdarlığını bildirib və dövlət proqramı üzrə Azərbaycanın yeni turizm istiqaməti kimi dünya, xüsusilə də Avropa miqyasında təbliğ olunduğunu nəzərə çatdırıb. Ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, teatrlarda səhnələşdirilən tamaşalar, çəkilən yeni filmlərdən bəhs edən nazir bu il Qəbələ şəhərində keçirilmiş beynəlxalq musiqi festivalında London orkestrinin yüksək səviyyədə iştirakını xatırladıb. Nazir ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər və musiqi festivalları, gələn il Bakıda açılacaq dünyanın ən böyük Xalça Muzeyi haqqında həmkarına məlumat verib.
   Görüşdə qarşılıqlı maraq doğuran layihələr və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
   Nazir həmkarını 2013-cü ildə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.
   
   CNN telekanalı ilə əməkdaşlıq müzakirə olunub
   
   Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev CNN telekanalının Londonda yerləşən ofisində kanalın rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı telekanalla Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə görülmüş işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin bu ilin may ayında Bakıda \\\"Eurovision\\\" mahnı müsabiqəsinin çox yüksək səviyyədə təşkil olunduğu qeyd olunub, müsabiqənin Azərbaycanın dünyaya tanıdılmasında irəliyə atılmış addım olduğu vurğulanıb.
   Görüşdən sonra nazir CNN telekanalının texniki imkanları ilə tanış olub, gələcəkdə də kanalla ölkəmiz arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar