Noyabrın 30-da Azərbaycanda səfərdə olan Latviyanın Mədəniyyət İnformasiya Sistemləri Dövlət Agentliyinin direktoru Armans Magoni, “RİX Technologies” şirkətinin satış üzrə direktoru Martins Berzins və şirkətin əməkdaşı Eva Butanedən ibarət nümayəndə heyəti ilə Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib.
   Görüşdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanda kitabxana sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. İki ölkə arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, kənd kitabxanalarının müasir mərhələdə inkişafı, kitabxanaçıların bilik səviyyəsinin artırılması, bələdiyyə kitabxanalarının inkişafı və onların oxucu tələbatının ödənilməsində rolu müzakirə edilib. Görüşdə həmçinin muzey işi sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar