Azərbaycanın Türkiyədəki səfirliyi və Hacettepe Universiteti Ankarada ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı simfonik konsert təşkil edib.
   
   Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirləri Əbülfəs Qarayev və Ərtoğrul Günay, təhsil naziri Misir Mərdanov, digər rəsmi şəxslər, elm və incəsənət xadimləri iştirak ediblər.
   Konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə və Azərbaycanın xalqlarının dahi şəxsiyyətin əziz xatirəsini birgə yad etdiklərini vurğulayıb.
   Türkiyənin tanınmış dirijoru, maestro Burak Tüzünün idarə etdiyi Hacettepe Universitetinin simfonik orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Fərhad Bədəlbəyli, skripkaçı Toğrul Qəniyev Türkiyə bəstəkarı Cemal Erkin və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfonik əsərlərini ifa ediblər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar