Bakı şəhərinin musiqi və incəsənət məktəbləri Direktorlar Şurasının təqdimatı ilə Q.Qarayev adına 8 №-li 11 illik musiqi məktəbində “Müəllim və müasir təhsil konsepsiyası” adlı elmi-nəzəri konfrans keçirildi.
   
   Direktorlar Şurasının sədri, Niyazi adına 22 №-li uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Natiq Vəliyev tədbiri açaraq böyüməkdə olan nəslə dərin bilik və geniş dünyagörüşü ilə yanaşı, yüksək vətənpərvərlik və mədəniyyətin aşılanmasında təhsil ocaqlarının, o cümlədən musiqi və incəsənət məktəblərinin pedaqoji kollektivlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” fikrini diqqətə çatdıran N.Vəliyev qeyd etdi ki, müasir təhsilin daima inkişafda olması hər zaman ön plana çəkilməlidir. Bu baxımdan respublikada aparılan təhsil islahatlarının musiqi və incəsənət məktəblərində də tətbiq edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmalıdır.
   Konfransda Bakı Sosial Pedaqoji Kollecin müəllimləri Pərvanə İmanova, Lalə Baxşıyeva, İlahə Əsgərova, Məlahət Mamiyeva və Səidə Abbasova “Müəllimin pedaqoji fəaliyyəti”, “İnteraktiv təlim metodlarının tətbiqi”, “Məktəbdə müəllim-şagird münasibətlərində müsbət psixoloji iqlimin yaradılması”, “Müasir musiqi dərsi - müəllimin pedaqoji əsəri kimi”, “Müasir dərsə verilən psixoloji tələblər” adlı məruzələrlə çıxış etdilər.
   Pedaqoji elmlər doktoru, professor, Xalq artisti, bəstəkar Oqtay Rəcəbov müasir təhsilin tələbləri ilə bağlı fikirlərini bölüşdü.
   Tədbirdə Bakı şəhərində yerləşən bütün musiqi və incəsənət məktəbləri kollektivlərinin nümayəndələri iştirak edirdi. Qərara alındı ki, musiqi məktəbləri tarixində ilk dəfə gerçəkləşən bu növ tədbirlər mütəmadi olaraq gələcəkdə də keçirilsin.
   
   Esmira Ağayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar