Görkəmli rejissor Tofiq Kazımov anıldı
Yanvarın 14-ü Azərbaycanın görkəmli teatr rejissoru, milli teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Tofiq Kazımovun doğum günü idi.
O, 1923-cü ildə Bakıda tanınmış teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya gəlmişdi. Böyük Vətən müharibəsində iştirak edən Tofiq Kazımov döyüşlərdə yaralanaraq 1943-cü ildə Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. Müharibədən sonra Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alır. 1951-ci ildə Akademik Milli Dram Teatrında Hüseyn Muxtarovun \"Ailə namusu\" (\"Allanın ailəsi\") pyesinə diplom tamaşası hazırlayır. Bir il sonra teatrda rejissor işləməyə başlayır. 1964-cü ildə Akademik Dram Teatrının baş rejissoru təyin olunur. 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olana qədər bu vəzifədə işləyir.
Tofiq Kazımov 1958-ci ildə \"Azərbaycanfilm\" kinostudiyasında çəkilən \"Səhər\" bədii filmində rejissor kimi çalışıb. Həmin il Rus Dram Teatrında Ənvər Məmmədxanlının \"Şərqin səhəri\" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin \"Qızıl axtaranlar\" (dramaturq - Həsən Seyidbəyli) operettasına quruluş verib. Sonrakı illərdə Naxçıvan, Quba, Gəncə teatrlarında tamaşalar hazırlayıb.
Sənətkar uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. O, \"Çağırış\", \"İşıqlı yollarda\", \"Şəfəq\", \"Qoçaq Polad\" və digər pyeslərin müəllifidir.
Tofiq Kazımov ən şöhrətli səhnə əsərlərinə - 1965-ci ildə quruluş verdiyi \"Antoni və Kleopatra\" (Uilyam Şekspir) və 1979-cu ildə hazırladığı \"Şəhərin yay günləri\" (Anar) tamaşalarına görə Dövlət mükafatı ilə təltif olunub. Respublikanın Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik teatrda Mirzə Fətəli Axundzadənin \"Lənkəran xanının vəziri\", \"Müsyö Jordan və dərviş Məstəli şah\", Lope de Veqanın \"Sevilya ulduzu\", \"Dəlilər\", Maksim Qorkinin \"Vassa Jeleznova\", Nazim Hikmətin \"Qəribə adam\", Ənvər Məmmədxanlının \"Şirvan gözəli\", Viktor Hüqonun \"Mariya Tüdor\", Uilyam Şekspirin \"Hamlet\", \"Fırtına\", İlyas Əfəndiyevin \"Sən həmişə mənimləsən\", \"Unuda bilmirəm\", \"Məhv olmuş gündəliklər\", \"Bağlardan gələn səs\", Cəlil Məmmədquluzadənin \"Ölülər\", Şıxəli Qurbanovun \"Sənsiz\", Əbdürrəhim bəy Haqverdiyevin \"Pəri-cadu\", Sabit Rəhmanın \"Yalan\", \"Küləklər\", Yucin O\"Nilin \"Qızıl\", Cəfər Cabbarlının \"Aydın\" və s. əsərləri səhnəyə qoyub.
Bu tamaşaların hər biri yeni söz, yeni ifadə, yeni baxış idi. Elə tamaşalar idi ki, tamaşaçı səhnədə baş verənləri hiss edə, yaşaya, uzaqları özünə yaxın edə bilirdi və özünü unutmurdu - bu kontekstdə özünə şəxsiyyət kimi yanaşırdı, qəhrəmanlaşırdı.
Azərbaycan teatr sənətində yaranışı məhz onun adı ilə bağlı lirik-psixoloji üslub yalnızca bir rejissor dəst-xətti yox, ümumiyyətlə, rejissor sənətində, aktyor ifadə vasitələrində bir məktəb demək idi. Bu məktəb illərlə Azərbaycan teatrına olduğu kimi Azərbaycan kinosuna da töhfələr verdi, aktyorlar qazandırdı.
Rejissor yaradıcılıq üslubunu belə ifadə edirdi: “Mən - kommentator, şərhçi deyiləm. Mən müstəqil sənət növünün - rejissuranın nümayəndəsiyəm, odur ki, heç kimin, hətta dahi Şekspirin «rupor»u olmağa razı deyiləm”...
Yanvarın 14-də Tofiq Kazımovun anadan olmasının 90-cı ildönümündə Akademik Milli Dram Teatrının kollektivi görkəmli rejissorun məzarını ziyarət edərək xatirəsini yad etdilər, məzarı üzərinə gül dəstələri düzdülər. Mərhumun ruhuna dualar oxundu. Teatrın direktoru İsrafil İsrafilov böyük sənətkarın işıqlı xatirəsini anmaq üçün gələnlərə təşəkkür etdi.
A.Dadaşova