“Nargis” jurnalının rəsmi təqdimatı keçirilib
   
   Yanvarın 13-də “Four Seasons Baku” hotelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
   
   Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb. Bildirilib ki, “Nargis” incəsənət, moda və yeni brendlər aləmində oxucuların əsl bələdçisinə çevriləcək. Nəşrin səhifələrindən incəsənət və dəb aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə etmək mümkündür. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr də dərc olunacaq.
   Tərtibatı, zövqoxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.
   Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışıblar. Qeyd edilib ki, jurnalda təkcə dünyanın məşhur brendləri barədə deyil, həmçinin Azərbaycanın bölgələrinin milli geyimləri haqqında da ətraflı məlumat verilib. “Milli geyimlərin izi ilə” bölməsində Bakı, Şəki, Lənkəran, Gəncə, Şamaxı, Naxçıvan, Ağdam, Göyçay bölgələri üzrə milli qadın geyimlərinin xüsusiyyətləri, bəzək elementləri və sair haqqında geniş söhbət açılıb.
   Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.
   Təqdimat mərasimi mədəni proqramla davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar