Yanvarın 17-də İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Fotoşəkillərin söhbəti” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəmsi açaraq bildirdi ki, sərgi Azərbaycan Fotoqraflar Birliyi ilə birgə təşkil olunub.
   Sərgidə Mirnaib Həsənoğlu, Oleq Litvin, Tahir Cəfərov, Fərid Məmmədov və başqalarının 20 Yanvar faciəsini əks etdirən 30-dan çox fotoşəkli yer alıb. Eyni zamanda ilk dəfə olaraq muzeyə Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən təqdim edilən 20 Yanvar hadisələrinin canlı şahidlərinin xatirələri də nümayiş olunur.
   Muzeyin direktoru F.Şəmsi, Fotoqraflar Birliyinin sədri M.Həsənoğlu, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru R.Gülməmmədli, fotoqraf T.Cəfərov, 20 Yanvar hadisələrinin şahidləri Sovet imperiyası tərəfindən Bakıda törədilmiş qanlı faciədən söz açaraq bu hadisənin tariximizdəki yeri barədə fikirlərini bölüşdülər.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş olundu. Mərasimdə AFB-nin üzvləri, 20 Yanvar faciəsinin canlı şahidləri, Prezident Qvardiyasının, Daxili və Sərhəd Qoşunlarının əsgərləri iştirak edirdilər.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar