Yeni informasiya texnologiyaları milli irs və mədəniyyətimizin təbliğində də əlavə imkanlar açır
   
   Prezident İlham Əliyev 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaradıb. Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb.
   Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, Azərbaycan dillində internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Milli kosmik sənayenin yaradılması, dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlərin həlledici mərhələyə qədəm qoyması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır.
   BMT Baş Assambleyasının qəbul etdiyi “Minilliyin Bəyannaməsi”, “İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” haqqında qətnamələri nəzərə alınaraq və qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Sərəncamda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar