Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “20 Yanvar istiqlal tariximizin zirvəsidir” mövzusunda anma mərasimi keçirilib.
   Mərasimi universitetin rektoru, professor Timuçin Əfəndiyev açaraq bildirib ki, bu hadisə yalnız faciə deyil, eyni zamanda, xalqımızın imperiya köləliyinə qarşı milli azadlıq hərəkatının, müstəqillik uğrunda mübarizəsinin şərəf və ləyaqət zirvəsidir.
   T.Əfəndiyev qeyd edib ki, əslində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı totalitar sovet imperiyasına qalib gəldi. Günahsız insanların qanına susamış “qırmızı imperiya” həmin gecə dünyanın gözü qarşısında qanlı əlləri ilə öz məhvinə, süqutuna imza atdı. Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olmuş oğul və qızlarımız xalqın milli azadlığı, müstəqilliyi üçün yol açaraq Azərbaycanın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Keçmiş sovet imperiyasının hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
   Tədbirdə rəssamların Qara Yanvar mövzusuna həsr edilmiş əsərlərindən ibarət sərgi nümayiş olunub.
   ADMİU-nun rəssamlıq, aktyor sənəti, sənətşünaslıq, musiqi sənəti fakültələrində də 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilib. Bədii qiraət ustaları faciəyə həsr olunmuş şeirlər söyləyib, müəllim və tələbələrin 20 Yanvar, Qarabağ mövzusunda əsərlərindən ibarət “İyirmi Yanvar günü. Millətimin dar günü” adlı sərgi nümayiş etdirilib. Teatr və kino sənətində 20 Yanvar mövzusunda yaradılmış əsərlərdən parçalar göstərilib, mahnılar səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar