Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gənclər Gününə həsr edilmiş “Gənclər və bədii təhsil” mövzusunda dəyirmi masa keçirilib. Tədbir “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyinin konfrans zalında gerçəkləşib.
   Dəyirmi masada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əməkdaşları, Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.
   Tədbirdə çıxış edən Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov Azərbaycanda gənclərə, onların təhsillərinə dövlət tərəfindən göstərilən qayğıdan, ölkəmizdə bədii təhsil sahəsinin inkişafından söz açıb. Mərkəzin şöbə müdiri Natiq Mustafayev, baş metodist Müjkan Məmmədzadə gənclərin bədii təhsil sahəsində nailiyyətləri barədə məlumat verib.
   Çıxışlardan sonra gənclər və bədii təhsil mövzusunda müzakirələr aparılıb. Tədbir “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna və qoruğun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyinə ekskursiya ilə yekunlaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar