Azərbaycan Yazıçılar Birliyində “Ədəbi körpülər” silsiləsindən Azərbaycan-Gürcüstan layihəsinin - müasir Azərbaycan və gürcü şairlərinin “Araqvi və Kürün ləpələri” antologiyasının təqdimatı olub. Antologiya Qafqaz Strateji Araşdırmalar İnstitutunun, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının və Gürcüstan pen-klubunun iştirakı və dəstəyi ilə nəşr olunub.
   “Luç” Assosiasiyasının sədri, professor Həsən Quliyev bildirib ki, “Araqvi və Kürün ləpələri” antologiyası “Ədəbi körpülər” silsiləsindən üçüncü kitabdır. İlk iki kitaba Azərbaycan və Gürcüstan müəlliflərinin nəsr əsərləri daxil edilib.
   “Luç” Assosiasiyasının üzvü, professor Çingiz Bədəlov, “Literaturnıy Azerbaydjan” jurnalının poeziya şöbəsinin müdiri, şairə Alina Talıbova, yazıçı-şairə Oksana Bulanova və başqaları Azərbaycan-Gürcüstan əlaqələrindən söz açıblar.
   Antologiyanın tərtibçiləri Həsən Quliyev və Beso Xvedelidze, redaktoru Marina Mürsəlovadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar