Tbilisidə gürcü yazıçısı Vaja Pşavelanın “Qoqoturi və Apşina” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. “Bakı” nəşriyyatında işıq üzü görən kitabı dilimizə şair Rəşid Hüseynov tərcümə edib. Nəşrin redaktoru İmir Məmmədlidir.
   Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümbət, tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu son vaxtlar Azərbaycan və gürcü yazarların əsərlərinin tərcümə olunmasında müsbət meyllərin müşahidə olunduğunu qeyd edib.
   Gürcü rejissoru Zurab Kandelaki, yazıçı Vano Caparidze, aktyor Zurab Çinçkiladze və başqaları tərcüməçiyə gürcü klassikinin məşhur əsərinin azərbaycanlı oxuculara təqdim edilməsində xidmətlərinə görə təşəkkür edib, Rəşid Hüseynovun poeziyasından nümunələrin yaxın günlərdə gürcü dilinə tərcümə olunacağına söz veriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar