Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim, pedaqoq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə Sabirabad Rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Telman Əzimov görkəmli alimin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
   Sonra rayon Mədəniyyət evinin məsləhətçisi Aynur İsmayılova alimin oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülməsi barədə danışıb.
   Tədbir iştirakçıları kitabxananın foyesində “Zərifə Əliyeva-90” adlı sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar