İyunun 18-də Ukrayna Mədəniyyət Günlərinin iştirakçıları Hacıqabul şəhərinə səfər ediblər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsini ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Qonaqlara Mərkəz haqqında məlumat verilib. Mərasimdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov iki ölkə arasındakı dostluq əlaqələrindən söhbət açıb. Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Koxan mədəniyyət günlərinin təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, hər iki ölkənin səfirliklərinə minnətdarlığını bildirib, tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbir P.Virski adına Ukrayna Akademik Milli Rəqs Ansamblının çıxışı ilə davam edib. Ukrayna xalq rəqsləri, xoreoqrafik nömrələr alqışlarla qarşılanıb.