Noyabrın 29-da Milli Kitabxanada Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə rəsmilərin, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirakı nəzərdə tutulub. Tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.
Milli Kitabxana əməkdaşlarının hazırladığı "Məmməd Araz - 80" elektron məlumat bazası və “Poeziyamızın Məmməd Araz zirvəsi" adlı nəşrlər sərgisi təqdim ediləcək.