Res­pub­li­ka Mə­də­niy­yət Müəs­si­sə­lə­ri İş­çi­lə­ri­nin Ha­zır­lıq və İx­ti­sa­sar­tır­ma Mər­kə­zin­də yan­var ayı ər­zin­də Ba­kı şə­hər Mər­kəz­ləş­miş Ki­tab­xa­na Sis­tem­lə­ri uşaq şö­bə­lə­ri­nin ki­tab­xa­na­çı­la­rı, ra­yon Mə­də­niy­yət ev­lə­ri­nin bə­dii rəh­bər­lə­ri və mu­si­qi mək­təb­lə­ri­nin nə­zə­riy­yə müəl­lim­lə­ri ix­ti­sa­sar­tır­ma kur­su ke­çib­lər.
   
   Öz ix­ti­sas­la­rı üz­rə bi­lik­lə­ri mü­kəm­məl sə­viy­yə­də mə­nim­sə­yən din­lə­yi­ci­lər kur­sun so­nun­da ha­zır­la­dıq­la­rı kon­sert proq­ra­mı ilə çı­xış et­di­lər.
   Kon­ser­tin apa­rı­cı­sı, Tər­tər ra­yon Mə­də­niy­yət evi­nin bə­dii rəh­bə­ri Sa­diq Qu­li­yev Azər­bay­ca­nın ta­ri­xi keç­mi­şin­dən, bu­gün­kü in­ki­şa­fın­dan söz aç­dı, Xalq şai­ri Sü­ley­man Rüs­tə­min məş­hur şei­rin­dən bir par­ça söy­lə­di:

   Və­tə­ni­min sey­ri­nə ça­ğı­rı­ram el­lə­ri,
   Cən­nət gör­mək is­tə­yən Azər­bay­ca­na gəl­sin.
   
   Şə­hər və ra­yon mu­si­qi mək­təb­lə­ri­nin nə­zə­riy­yə müəl­lim­lə­ri və­tə­nə olan sev­gi­lə­ri­ni Azər­bay­ca­na da­ir mah­nı­lar­la iz­har et­di­lər. Çı­xış­lar­da ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin hər bi­ri­mi­zə ör­nək ola­caq və­tən, yurd sev­gi­sin­dən və Azər­bay­ca­nın hər sa­hə­də yük­sək in­ki­şa­fı­nı tə­min et­mə­yə səy gös­tər­mə­sin­dən bəhs edil­di. Ulu ön­də­rin “Xalq bir çox xü­su­siy­yət­lə­ri ilə ta­nı­nır, sa­yı­lır, dün­ya xalq­la­rı içə­ri­sin­də fərq­lə­nir. Bu xü­su­siy­yət­lər­dən ən yük­sə­yi və bö­yü­yü mə­də­niy­yət­dir” söz­lə­ri di­lə gə­ti­ril­di.
   ­Ay­rı-ay­rı mu­si­qi alət­lə­rin­də ifa edən bə­dii rəh­bər­lər qru­pu­nun təş­kil et­di­yi an­sambl təd­bi­rə xü­su­si rəng qat­dı. La­çın ra­yon Mə­də­niy­yət evi­nin bə­dii rəh­bə­ri Sə­bu­hi Mi­xai­lovun saz­da ifa et­di­yi “Ru­ha­ni” din­lə­yən­lə­rin ruhu­nu oxşadı. Təq­dim olu­nan yu­mo­ris­tik səh­nə təd­bir iş­ti­rak­çı­la­rı­nın üz­lə­rin­də tə­bəs­süm ya­rat­dı. Qu­ba, Qax və di­gər ra­yon Mə­də­niy­yət ev­lə­ri­nin bə­dii rəh­bər­lə­ri də ifa et­dik­lə­ri mah­nı­lar­la öz mu­si­qi­çi­lik qa­bi­liy­yət­lə­ri­ni nü­ma­yiş et­dir­di­lər.
   Təd­bi­rin so­nun­da mər­kə­zin di­rek­to­ru Ra­ma­zan Şa­ba­nov kurs­la­rın ba­şa çat­ma­sı mü­na­si­bə­ti­lə din­lə­yi­ci­lə­ri təb­rik et­di və gə­lə­cək fəa­liy­yət­lə­rin­də on­la­ra uğur­lar ar­zu­la­dı.
   
   Ra­fi­qə Nə­si­ro­va,
   Res­pub­li­ka Mə­də­niy­yət Müəs­si­sə­lə­ri İş­çi­lə­ri­nin Ha­zır­lıq və İx­ti­sa­sar­tır­ma Mər­kə­zi­nin el­mi iş­çi­si