Martın 12-də Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci beynəlxalq forumu işə başlayır. Martın 15-dək davam edəcək forumda 24 ölkədən müəlliflər iştirak edəcək. Bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də foruma qatılıblar.
Forum çərçivəsində gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda görüşlər keçirəcəklər. Xatırladaq ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2013-cü ildə Bakıda gənc şairələrin birinci beynəlxalq forumunu təşkil edib. Böyük marağa səbəb olmuş tədbirdə Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edib.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “Ən yaxşı layihə” mükafatına layiq görülüb.