Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan 100-ə yaxın Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün növbəti tədbir keçirilib.
Turizm Mərkəzindən bildirilib ki, sosialyönümlü tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif attraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, o cümlədən interaktiv oyunlar keçirilib, musiqili-əyləncəli proqramlar təşkil edilib.
Tədbirin keçirilməsinin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların övladlarını sevgi və qayğı ilə əhatə etməkdir.