“Excelsior Hotel Baku” hotelində “AtaHolding” şirkətlər qrupu əməkdaşlarının uşaqları arasında “Mən poeziyanı sevirəm” şüarı altında şeir müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif yaşlarda olan 30-dək uşaq iştirak edib. Müsabiqəyə təqdim olunan nümunələr münsiflər heyətinin üzvləri - Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, telejurnalist Səadət Məmmədova və “AtaSığorta” ASC-nin əməkdaşı Günel Rəsullu tərəfindən qiymətləndirilib.
Şeir müsabiqəsində ən yüksək balla Selcan Ağayeva birinci yerə, Nicat Əmirli və İlqaz Ayan ikinci yerə, Humay Həsənli, Əli Yusifzadə və Ömər Rzayev üçüncü yerə layiq görülüblər. Fərqlənən iştirakçılara hədiyyələr və “AtaHolding” ASC-nin sertifikatları təqdim edilib.
“AtaHolding” ASC-nin idarə heyətinin sədr müavini Rəşad Rəsullu qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd uşaqların poeziyaya diqqətini cəlb etmək, asudə vaxtlarının faydalı keçirilməsinə və onların bacarıqlarını üzə çıxarmaqdır.
Aksiya “AtaHolding” ASC-nin sosial proqramlara, mədəniyyətin və incəsənətin inkişafı sahəsində layihələrə, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi dəstəyinə yönəldilmiş “Korporativ Sosial Məsuliyyəti” çərçivəsində keçirilib.