![](/img/news/700x420/16538.jpg)
Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq bildirdi ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi taleyində heç zaman unudulmayacaq məşəqqətli günlərdən biridir. Tarixdə çox müharibələr olub. Heç bir müharibədə hərbçilər erməni cəlladlarının Xocalıda törətdiyi kimi mülki adamlara, qadınlara və körpə fidanlara qarşı belə amansız davranmayıblar. Biz əminik ki, gec-tez cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Xocalı sakini, Qarabağ müharibəsi veteranı Surxay Quliyev bildirdi ki, hələ 1988-ci ildən ermənilər Qarabağ savaşının olacağını bilirdi: “Onlar silahlanarkən biz sakitcə öz işimizlə məşğul idik. Gənclərimizin silahlanmasına isə imkan verilmirdi. Belə bir vəziyyətdə Xocalı faciəsi törədildi”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ və tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov sərgidə əsərləri nümayiş olunan mərhum rəssam Cavid
![](/img/news/350x300/16539.jpg)
Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən Xocalı faciəsinə həsr olunan kompozisiya və Mədəniyyət və Turizm Nazirliyi “Salnamə” sənədli filmlər studiyasının istehsalı olan “Dua” filmi nümayiş olundu.
Anim tədbirində Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunların, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edirdilər.
Savalan Fərəcov