“Layihə bölgələrin mədəni və turizm potensialının, incəsənət nümunələrinin daha geniş formada nümayiş etdirilməsinə imkan verir”
Böyük Qafqazın - Şahdağın şimal-şərq yamaclarında yerləşən Quba rayonu tarixi-mədəni irsi, gözəl təbiəti, müasir turizm infrastrukturu ilə tanınan bölgələrimizdəndir. Bu bölgə etnik zənginliyi ilə də diqqət çəkir. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki Xınalıq kimi unikal dağ kəndinin sakinlərinin dünyada yalnız onlara aid dili var. Yüz illərdir bu torpaqda yəhudi icması məskən salıb, rayondakı bütün etnik qruplar azərbaycanlı əhali ilə mehribanlıq şəraitində yaşayır. Bütün bunlar Qubanı həm də multikulturalizm və tolerantlıq məkanı kimi tanıdır.
Aprelin 6-da Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən tədbirin iştirakçıları bu diyarın zənginlikləri ilə bir daha tanış olmaq imkanı əldə etdilər.
“Bölgələrdən paytaxta” layihəsi regionların mədəni irsini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, bədii kollektivlərini və incəsənət ustalarını tanıtmaq, bölgələrin turizm imkanlarını təbliğ etmək məqsədi daşıyır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil etdiyi tədbirdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər qonaqlar rayonun sosial-iqtisadi nailiyyətlərini, kulinariyasını, el sənətkarlığını, turizmini əks etdirən sərgi ilə tanış oldular. Rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı malları, kitablar, rəsm əsərləri, dekorativ sənət və digər mədəniyyət nümunələri haqqında nazirə ətraflı məlumat verildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından danışdı. Bildirdi ki, Azərbaycanın dilbər guşələrindən olan Qubada hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irsin təbliğinə xüsusi önəm verilib: “Son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərir. Ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində yerlərdə yeni mədəniyyət ocaqları istifadəyə verilir, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür. “Bölgələrdən paytaxta” layihəsi ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin gücləndirilməsinə, bölgələrin mədəni və turizm potensialının, incəsənət nümunələrinin daha geniş formada nümayiş etdirilməsinə imkan verir”.
Nazir milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün Quba Azərbaycanda multikulturalizmi, tolerantlığı yaşadan, inkişaf etdirən bir bölgədir.
Əbülfəs Qarayev “Bölgələrdən paytaxta” layihəsinin uğurla davam etdiyini qeyd edərək, layihənin yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına zəmin yaradacağına ümidvar olduğunu bildirdi.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək son illər rayonda reallaşan sosial layihələrdən, həyata keçirilən işlərdən danışdı. O, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihənin bölgələrin turizm potensialının və mədəniyyətinin təbliğində əhəmiyyətini vurğuladı.
Sonra rayonun sosial-iqtisadi inkişafından, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Tədbir Quba rayonunda fəaliyyət göstərən musiqi kollektivləri və incəsənət ustalarının çıxışları ilə davam etdi. Bəşir Səfəroğlu adına Quba Mədəniyyət evinin rəqs qrupunun ifasında “Şənlik” rəqsi, “Atəşgah” folklor kollektivi, Digah kənd Mədəniyyət evinin “Ləzginka” mahnı və rəqs qrupunun ifasında müxtəlif rəqslər nümayiş olundu. Xalq artisti Fidan Hacıyeva “Qubam mənim”, Bəşir Səfəroğlu adına Quba Mədəniyyət evinin solisti Məqsəd Əsədov “Qubalı qız”, gənc ifaçılar Faiq Mirzəyev “Mavi əbədiyyət”, Rüfət Əskərov “Ay Quba” mahnılarını ifa etdilər. Rayon uşaq musiqi məktəbinin muğam üçlüyü, uşaq incəsənət məktəbinin nağaraçalanlar ansamblının ifasında musiqi nömrələri də maraqla qarşılandı.
Fariz Hüseynov