Mədəniyyət və turizm naziri tədbir çərçivəsində təşkil olunan görüşdə iştirak edib
Aprelin 14-də İspaniyanın paytaxtı Madriddə Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammiti işə başlayıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
Sammitin ilk günü Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin (özəl sektor) rəhbərlərinin iştirakı ilə dəyirmi masa formatında görüş təşkil olunub. Görüşdə iştirak edən nazir Əbülfəs Qarayev ölkəmizin turizm imkanları, BMÜTT-ə üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda nitq söyləyib.
Eyni zamanda sammit çərçivəsində cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparmaq məqsədilə nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində bir sıra digər ikitərəfli görüşlər də planlaşdırılıb.