![](/img/news/700x420/17489.jpg)
Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi ilə bağlı Avropa İttifaqının Tvinninq layihəsinin uğurla başa çatmasından söhbət açılıb və yeni layihə haqqında məlumat verilib. Qeyd edək ki, Litva bu layihədə Avropa İttifaqı tərəfdən əsas iştirakçıdır.
Söhbət zamanı Azərbaycan və Litva arasında mədəniyyət sahəsində mübadilənin həyata keçirilməsi təklifləri irəli sürülüb. Eyni zamanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, konsertlərin təşkil olunması kimi məsələlər də müzakirə olunub.