Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Şri-Lankanın mədəniyyət naziri Nandilmitra Ekanayake arasında görüş keçirilib. Forumda iştirakında məmnunluğunu bildirən qonaq iki ölkə arasında mədəni əlaqələrin qurulmasından bəhs edib. Söhbət zamanı Azərbaycan və Şri-Lanka arasında mədəniyyət sahəsində mübadilənin həyata keçirilməsi təklifləri irəli sürülüb. Həmçinin iki dövlət arasında müxtəlif sərgilərin təşkil olunması və mədəni təqdimatların nümayişi kimi məsələlər də müzakirə olunub.