Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misirin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşüb. Görüş zamanı Azərbaycan-Misir mədəniyyət və turizm əlaqələrindən söz açılıb. İki ölkə arasında qarşılıqlı mədəniyyət günləri və incəsənətin müxtəlif sahələri üzrə həyata keçirilən əməkdaşlıq haqqında söhbət aparılıb.
Həmçinin turizm sahəsində Azərbaycan-Misir əməkdaşlığının genişləndiyi və çoxsaylı azərbaycanlı turistlərin Misirə səfər etdiyi vurğulanıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfi də Misirdən daha çox turistin ölkəmizə gəlməsində maraqlıdır.