“Bakı 2015” I Avropa Oyunları məşəlinin aprelin 27-də Naxçıvandan başlayaraq ölkəmizin digər regionlarında davam edən səyahəti başa çatmaq üzrədir. İyunun 1-də Qusar və Qubadan keçən məşəl turu Xaçmaz-Şabran-Siyəzən-Xırdalan-Qobustan qoruğu marşrutu ilə paytaxta qayıdacaq. Məşəl proqramının Bakı marşrutuna iyunun 7-də start veriləcək.
İyunun 2-də “Fairmont Baku” mehmanxanasında keçirilən mətbuat konfransında məşəl turunun paytaxt marşrutu ictimaiyyətə açıqlanıb.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, məşəl 150 nəfərlik heyətin müşayiəti ilə paytaxtda nümayiş olunacaq. “Bakı-2015”-in mərasimlər üzrə şöbəsinin prodüseri Keyt Hinçlayf marşrut barədə məlumat verib. İyunun 7-də Bakıya gətiriləcək məşəl ertəsi gün Avropa Oyunlarının təşkil olunacağı doqquz idman obyektindən keçəcək. İyunun 9-da məşəl turu İçərişəhərdə davam edəcək. Ayın 10-da məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə gətiriləcək. İyunun 11-də məşəl Qız qalasında olacaq. Ayın 12-də Avropa Oyunlarının məşəli açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna gətiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar