Avropa Oyunları ərəfəsində milli geyimlərimizi təbliğ edən layihənin təqdimatı keçirildi
İyunun 4-də İçərişəhər Dövlət Memarlıq Qoruğunun “Muğam klubu”nda “Əsrlərin yaddaşı” adlı promovideonun təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin həyata keçirdiyi layihə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunub.
Təqdimatda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirdi ki, layihə “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət edir. Vurğulandı ki, qeyri-hökumət təşkilatlarının belə layihələrdə iştirakı, əlamətdar hadisə ərəfəsində ölkəmizin mədəni sərvətlərinin tanıdılması yönündə atılan addımlar təqdirəlayiqdir.
Bildirildi ki, nazirlik mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və bununla bağlı yeni sektor da fəaliyyət göstərir: “Düşünürəm ki, bu işlərin nəticəsi olaraq təqdim edilən bugünkü layihə bu əməkdaşlığa öz töhfəsini verəcək. I Avropa Oyunlarına gələn qonaqlar bu layihələrdən bəhrələnərək ölkəmizin mədəniyyəti və incəsənəti ilə yaxından tanış ola biləcəklər. Qarşımızda duran vəzifə odur ki, bu günlərdə Azərbaycana gələn qonaqlar vətənimiz haqqında müsbət fikirdə olsunlar, buradan qayıtdıqdan sonra ətraflarındakı insanlara Azərbaycan haqqında düzgün informasiya çatdıraraq digər turistlərin də ölkəmizə marağını artırsınlar”.
"Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova bildirdi ki, Azərbaycanın mədəniyyəti və incəsənəti sahəsində son illərdə əldə edilən uğurlar artıq tarixə qızıl hərflərlə yazılıb. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçası, Novruz bayramı, muğam, tar, saz, kəlağayı sənətlərimiz bütün dünyaya mədəniyyətimizin zənginliyini bəyan edir: “Biz xalqımızın mədəni dəyərlərini qoruyub gələcək nəslə çatdırmalıyıq. Tarixi və mədəni dəyərləri qorumaq hər bir vətəndaşımızın borcudur. Təşkilatımız adından birgə layihənin həyata keçməsində bizə dəstək olan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümüzü bildiririk. Nazirliyin milli geyimlərlə bağlı elan etdiyi müsabiqə belə bir layihənin gerçəkləşməsinə zəmin oldu”.
Qeyd olundu ki, “Əsrlərin yaddaşı” layihəsinin məqsədi Avropa Oyunları ərəfəsində milli geyimlərimizi, xalq sənəti növlərimizi, xalçaçılıq, zərgərlik, misgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərləri real və virtual aləmdə təqdim etməkdir: “Ölkəmizə gələn xarici qonaqlara bu məlumatların düzgün çatdırılaraq təbliğinə səy göstərilməlidir. İnanırıq ki, layihə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə milli geyimlərimizin təbliğinə töhfə olacaq.

Sonra layihə üzrə hazırlanmış videoçarx nümayiş olundu. Tədbirdə Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivinin, beynəlxalq müsabiqələr laureatı Arslan Növrəslinin caz qrupunun ifası maraqla qarşılandı. Tədbirə qatılanlar İçərişəhər Dövlət Memarlıq Qoruğunun “Ənənəvi incəsənət mərkəzi” gənclərinin bərpa etdiyi sənət nümunələri ilə də tanış oldular.
Lalə Azəri