Azərbaycan milli mətbuatı - 140
“Bu gün Azərbaycan dövləti mətbuatın dayağına çevrilib və ona mütəmadi dəstək verir”
İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ölkəmizdə milli mətbuatın 140 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik ideyalarını əsas tutduğu, “Əkinçi”dən sonra onun ənənələrinin “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlər tərəfindən davam etdirildiyi vurğulanıb. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda söz və mətbuat azadlığı, KİV-lərin fəaliyyətinə yaradılan şərait barədə söz açılıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək ölkə başçısının müvafiq sərəncamına əsasən milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı avqust ayınadək çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, bu tədbirlərdə milli mətbuatımızın inkişaf tarixi gözdən keçiriləcək, bu sahədə mühüm xidmətləri olan ziyalılar, jurnalistlər və tarixi şəxsiyyətlər yada salınacaq. Eyni zamanda, Azərbaycan milli mətbuatının keçmiş ənənələrindən istifadə edərək müasir jurnalistikanın inkişafı ilə bağlı milli strategiyamızı, milli platformamızı daha da təkmilləşdirəcəyik.
Azərbaycanda jurnalistikanın inkişaf tarixindən danışan professor Əli Həsənov qeyd edib ki, Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələri Azərbaycan Xalq Cümhuriyyəti dövründə inkişaf etdirilib. Sovet dönəmi isə Azərbaycan jurnalistikasının daha sürətlə formalaşması dövrü olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra azad jurnalistikanın nümunələri və metodologiyası formalaşmağa başladı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin mətbuata diqqət və qayğısından söz açan Prezident Administrasiyası rəsmisi 1995-ci ildə qəbul olunmuş Konstitusiyada mətbuat, söz, ifadə azadlığı dövlətin təməl prinsiplərindən biri kimi təsbit olunduğunu, sonrakı illərdə qanunvericilik sahəsində bir sıra vacib addımların atıldığını, 1998-ci ilin 6 avqustunda ulu öndərin fərmanı ilə media ilə bağlı bütün tənzimləyici dövlət mexanizmlərinin, senzuranın ləğv edildiyini diqqətə çatdırıb. 1999-cu ildə “KİV haqqında” qanun qəbul edilib və növbəti illərdə insan haqları və söz azadlığına dair Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılıb. 2003-cü ildə mətbuatın ictimai özünütənzimləmə qurumu - Azərbaycan Mətbuat Şurası yaradılıb, 2005-ci ildə İctimai Televiziya fəaliyyətə başlayıb.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət dəstəyindən danışan Əli Həsənov vurğulayıb ki, 2001-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və mətbuatın inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbul edilməsi ilə Prezident İlham Əliyev dövlətimizin mediaya göstərdiyi dəstəyi, yardımı sistemləşdirib və şəffaflaşdırıb. Bu gün Azərbaycan dövləti mətbuatın dayağına çevrilib və ona mütəmadi dəstək verir.
Öz növbəsində müstəqil mətbuat dövlət və vətəndaşlar arasında əlaqələndirici funksiyanı uğurla həyata keçirir. Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə təmin etmək gücünə malikdir. Bu gün milli mətbuatımız ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyasına, böhtan xarakterli yazılara layiqincə cavab verə bilir. Jurnalistlərimiz unutmamalıdırlar ki, onlar xalqımızı, dövlətimizi təmsil edirlər. Hər bir jurnalist xalqın, dövlətin təəssübünü çəkməlidir. Biz Avropa Oyunlarını keçirməklə xalqımızın mədəniyyətini, qonaqpərvərliyini, dövlətimizin genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək bacarığını dünyaya nümayiş etdirdik. Azərbaycan böyük inkişaf yolundadır və bu yolda medianın rolu çox önəmlidir.
Konfransda professor Şirməmməd Hüseynov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, müasir mətbuat üçün yaradılan şəraitdən danışıblar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.