Gürcüstanın paytaxtında Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.
Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib, ölkəmizdə söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb. Şura sədri həmçinin bildirib ki, internet media resurslarının sürətlə artdığı hazırkı şəraitdə onların ictimai tənzimlənməsinə həssas yanaşılmalıdır. Təəssüf ki, heç də həmişə bu həssaslığın şahidi ola bilmirik. Əksinə, xoşagəlməz hallarla üzləşirik və bu hallar təkcə internet mediası ilə əlaqəli olmur, ümumən söz və ifadə azadlığına baxış məsələsini aktuallaşdırır.
Şura sədri bu halların I Avropa Oyunları müstəvisində də müşahidə olunduğunu diqqətə çatdırıb: “İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyllərini gördük. Əlbəttə, belə hallar Oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda düşünürük ki, söz və ifadə azadlığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir”.
Toplantıda bu xüsusda müzakirələr aparılıb. Azərbaycanlı nümayəndələr I Avropa Oyunlarının işıqlandırılması ilə bağlı sualları cavablandırıblar. MŞ sədri Avropa Oyunlarının Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə aktiv iştirakından söz açıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar