Əcnəbi tələbələr üçün dərs vəsaiti

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyevanın əcnəbi tələbələr üçün “Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” adlı dərs vəsaiti işıq üzü görüb. “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri AMEA-nın müxbir üzvləri Əliyar Səfərli, Teymur Kərimli, filologiya üzrə elmlər doktorları Himalay Qasımov və Aydın Abıyevdir. Azərbaycan ali təhsil ocaqlarının hazırlıq bölməsi və bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr üçün nəzərdə tutulan kitabda ədəbiyyatımızın qədim dövrdən bu günədək keçdiyi ədəbi-tarixi mərhələlər əksini tapıb.