Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2015-ci ilin avqust ayının 28-də saat 11.00-da Goranboy şəhərində Heydər Əliyev Mərkəzində (H.Əliyev prospekti 4) Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs - Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
№-si |
Şəhər (rayon) mədəniyyət və turizm şöbəsi |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1. |
Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Gündüz Hacıyev |
(02424) 5-31-26 |
2. |
Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Gündüz Mürsəlov |
(02223) 6-31-79 |
3. |
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi |
İlyas Hacıyev |
(02020) 5-55-07 |
4. |
Yevlax Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Raqif Məmmədov |
(02223) 6-49-62 |
5. |
Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Rza Quliyev |
(02127) 5-51-54 |
6. |
Xocalı Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Göyüş Həsənov |
(02224) 7-47-31 |
7. |
Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Yusif Hüseynov |
(02127) 7-84-15 |