Tanınmış alim və publisistlər Teymur Əhmədov və Salatın Əhmədovanın tərtib etdikləri “XIX-XX əsr Azərbaycan ədəbiyyatı (dramaturgiya)” kitabı “Nurlar” nəşriyyatında çapdan çıxıb. Topluya XIX-XX əsrlərdə yaşayıb-yaratmış Azərbaycan yazıçıları haqqında məlumatlar və onların əsərlərindən nümunələr daxil edilib. Müəllim və tələbələr üçün nəzərdə tutulmuş kitabdan geniş oxucu auditoriyası da faydalana bilər. Nəşrin redaktoru filologiya elmləri doktoru Sabir Əmirov, rəyçiləri isə filologiya elmləri doktorları, professorlar Qara Namazov və Rəhim Əliyevdir.