Görkəmli şair-dramaturq Hüseyn Cavidin “Peyğəmbər” (1922) əsəri fars dilinə tərcümə edilib. Əsərin tərcüməçisi Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı-şair Əkbər Həmidi Əlyardır. O, kitabı AMEA Hüseyn Cavidin ev-muzeyinə hədiyyə edib.
Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyar Azərbaycan və fars dillərini mükəmməl bilir: “Fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o, “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə farsdilli oxuculara təqdim etmək iqtidarındadır. Əkbər Əlyarın sözlərinə görə, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda geniş oxucu kütləsinə tanıtmaqla yanaşı, bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək”.