Xalq şairi Vaqif Səmədoğlunun Birləşmiş Ştatlarda kitabı çap olunub. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Zülmətdə günəşə mahnı” adlı şeirlər toplusu Amerikada “Azerbaijan İnternational” nəşriyyatında çap olunub. Kitabı nəşrə Betty Blair hazırlayıb. Nəşrin tərcüməçiləri Lalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Aynura Hacıyeva, Könül Səmədova, Vəfa Məstanova və Aynur H.İmecerdir.