Dekabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında geniş toplantı keçirilib. Tədbirdə eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Oqtay Əliyevin milli qəhrəmana həsr etdiyi "Əbədiyyətə qovuşan Koroğlu" kitabı da təqdim edilib.


Toplantıda Koroğlu Rəhimovun döyüş yoldaşları, ailə üzvləri, ictimai-siyasi xadimlər, ziyalılar, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin nümayəndələri iştirak ediblər. İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Prezident Aparatının İqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov, universitetin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev və başqaları çıxış edərək K.Rəhimovun qəhrəmanlığından, belə igid oğullara vətənin indi də böyük ehtiyacının olmasından danışıblar. Sonra milli qəhrəmanın döyuş yoldaşı Yaşar Qarayev Koroğlunun cəsur bir insan olmasından danışıb, onun ölümdən heç zaman qorxmadığını, həmişə düşmənin üzərinə öndə getdiyini deyib.
Öz növbəsində milli qəhrəmanın oğlu Rəşad Rəhimov tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.


Qeyd edək ki, nəfis tərtibatlı "Əbədiyyətə qovuşan Koroğlu" kitabında K.Rəhimovun anadan olduğu vaxtdan şəhidlik zirvəsinə ucaldığı günə qədər bütün ömür yolu öz əksini tapıb. Burada eyni zamanda ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri də yer alıb.

FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar