Azərbaycan PEN-klubunun iclası keçirilib. İclasda iyirmi il bu təşkilatın rəhbəri olmuş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qurumun fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
Bu gün rus və ingilis dillərində məlumatın kifayət qədər bol olduğunu vurğulayan yazıçı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında rəhbərlik etdiyi qurumun imkanlarından yararlanmağın vacibliyini söyləyib.
Tədbirdə yazıçıların, tərcüməçilərin, naşirlərin bu problemə nəzər yetirməsi qərara alınıb.
İclasda PEN-klubun vitse-prezidenti Natiq Rəsulzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, klubun icraçı direktoru Elmar Şeyxzadə və digər üzvlər çıxış edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikirlərini bölüşüblər.