Şağan kəndindəki əqli və fiziki cəhətdən qüsurlu uşaqların internat evində görüş keçirilib

Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə paytaxtın Xəzər rayonunun Şağan kəndindəki 3 nömrəli əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evində görüş keçirilib.

Görüşdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, iş adamı Qabil Əsgərov, “Ədalət” qəzetinin redaktoru, şair Əbülfət Mədətoğlu iştirak ediblər.
İnternat evinin direktoru Sevinc Məlikova çıxış edərək pansionat haqqında məlumat verib. Bildirib ki, 88 nəfər uşaq və yeniyetmənin yaşadığı müəssisə üçnövbəli iş rejimində fəaliyyət göstərir. Uşaqların qayğısına qalan müəllimlər, tərbiyəçilər, psixoloqlar onlara əl qabiliyyətlərini inkişaf etdirmək üçün kömək edirlər. Uşaqlar kağız üzərində müəyyən şəkillər çəkirlər. Sonra rəngləri, həmçinin rəngli karandaşları, flamastrları onlara verib rəngləmələrini, bəzəmələrini istəyirlər və onlar da bu işi həvəslə icra edirlər.
S.Məlikovanın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən internat evində uşaqlara əmək təlimi də keçilir: “Balacalar quş yuvalarından tutmuş kamançaya, tara qədər müxtəlif fiqurlar hazırlayırlar. Bütün bunlar onu göstərir ki, bu qapalı müəssisə kollektivin təkcə iş yeri deyil, bura həm də onlar üçün doğma, isti bir yuvadır”.
Qeyd olunub ki, müəssisə 2010-cu ilə qədər gözdən-könüldən uzaq olub. 2010-cu ildə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva buraya baş çəkib. Onun gəlişindən sonra burada hər şey kökündən dəyişib. İnternat evinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən pansionata çevrilib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva dəfələrlə bu müəssisəyə baş çəkib. Onun hər gəlişi bu kollektiv üçün toy-bayrama çevrilir.
Sonda direktor S.Məlikova müəssisəyə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar