İki ölkənin mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə Britaniya Parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-dan ölkəmizdə səfərdədir. Nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinə göstərilən diqqəti nəzərə alaraq, Azərbaycanda bu sahənin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.
Nazir Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir ölkəmizin bir çox gəzməli-görməli yerlərinin, turizm məkanlarının da işğal altında olduğunu diqqətə çatdırıb. Əbülfəs Qarayev bu münaqişənin eyni zamanda Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törətdiyini vurğulayıb.
Britaniyalı qonaqlar səmimi qəbula görə nazirə minnətdarlıqlarını ifadə edərək iki ölkə arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar