Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən muzeylərə ekskursiyaları keçirilib.
Məktəblilər öncə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini ziyarət ediblər. Sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ekskursiyada olublar. Muzeylərdə nümayiş olunan eksponatlar və tarixi materiallar onların marağına səbəb olub. Ekskursiyada 200-dək məktəbli iştirak edib.