Kitabxanaya üzv yazılan diplomat fonddan bəhrələnəcəyini söyləyib

Avqustun 17-də Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Galindo
A.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Direktor Kərim Tahirov qonağı salamlayaraq ona kitabxana haqqında məlumat verib.
Diplomat Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza və mətbəximizə olan marağından söz açıb.
Sonra qonaq kitabxana ilə tanış olub. Direktor müavini Ədibə İsmayılova xanım Marta Galindo Penaya kitabxananın fondu və xidmət sahələri, bu yaxınlarda fəaliyyətə başlayan “Açıq kitabxana” layihəsi haqqında ətraflı məlumat verib.
Nadir kitablar və kitabxananın muzeyi şöbəsi ilə yaxından tanış olan kolumbiyalı diplomat kitabxanaya üzv olaraq fonddan bəhrələnəcəyini söyləyib. O, açıq kitabxanada rəy kitabına ürək sözlərini yazıb.
Sonda Marta Galindo Penaya Milli Kitabxana haqqında, ölkəmizin mədəni irsi ilə bağlı müxtəlif dillərdə çap olunmuş nəşrlər hədiyyə edilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar