Zaqatalada dəyirmi masa keçirilib

Avqustun 24-də Zaqatalada “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir birliyin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Zaqatala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İlqar Vəliyev dəyirmi masanı açaraq bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə müharibə təhlükəsi qalmaqdadır. Ancaq müasir dövrdə müharibə təkcə döyüş meydanında getmir, həm də informasiya cəbhəsində aparılır. Bu baxımdan media vasitələrinin üzərinə mühüm məsuliyyət düşür.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov layihə barədə məlumat verib. Bildirib ki, Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf etməkdədir. Həyatımızda onlayn medianın və sosial şəbəkələrin rolu artıb. Lakin bu prosesin mənfi tərəfləri də var. 2014-cü ilin avqustunda və bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalar işıqlandırılarkən informasiya ilə müxtəlif məqsədlər üçün manipulyasiyalara yol verənlər oldu: “İstəyirik ki, ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair məlumatlı olsun”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimli, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva və başqaları mövzunun aktuallığından bəhs edərək fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar